Bələdiyyə sədri bədbəxt hadisə nəticəsində öldü

  • By admin
  • 27 Sentyabr 2017 13:54
2017-03-14-18-27-41xestexana
Daşkəsən rayonunda bələdiyyə sədri ölüb.
Gununsesi.info report-a istinadən xəbər verir ki, Zinzahal kənd bələdiyyəsinin sədri Füzuli İsmayıl oğlu Quliyev bədbəxt hadisəinin qurbanı olub.
Belə ki, kənd ərazisində elektrik mişarı ilə kəsilən ağaclardan biri dağın yuxarısından aşağıya doğru yuvarlanılan zaman bələdiyyə sədrinə dəyib. Nəticədə F.Quliyev ağır bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib, lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info