Bələdiyyə sədri kəndiləri niyə narazı salır?- QARADAĞLI BƏLƏDİYYƏSİNDƏ ÜZƏ ÇIXAN POZUNTULAR GİZLƏDİLİB

Bələdiyyə sədri kəndiləri niyə narazı salır?

Tərtər rayonunun Qaradağlı kəndindən olan bir qrup vətəndaş Gununsesi.info-nun elektron poçtuna şikayət məktubu göndərib.

Bələdiyyə sədri Novruz İbrahimovdan narazılıq edən kənd sakinləri bildirir ki, ortadakı qanunsuzluqlarla bağlı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi tərəfindən aparılan yoxlamalarla bu təsdiqini tapıb:”Ancaq bələdiyyə sədri töhmət almaqla canını qutarıb. Necə ola bilər ki, insanlara məxsus torpaqları imkanlı adamlara verən, dövlət büdcəsindən ayrılan vəsaitləri talan edən bir adam töhmətlə canını qutarır və heç nə olmamış kimi əməllərini davam etdirir”.

Sakinlər onu da qeyd edir ki, bələdiyyə sədri yığdığı torpaq vergisini belə büdcədən gizlədir.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin də mövqeyini işıqlandırmağa çalışacağıq.

Gununsesi.info

COMMENTS