Bələdiyyə sədri marketə hücum etdi

  • By admin
  • 11 Avqust 2016 22:43
beled
Adanada Qaradaş Bələdiyyə sədri – CHP-li Boğaçhan Ünalın bir market sahibi ilə dalaşması təhlükəsizlik kameralarına düşüb.
Milli.Az Türkiyə KİV-nə istinadən bildirir ki, bələdiyyə sədri Boğaçhan Ünal yanında polis işçiləri ilə daxil olduğu bir marketdə, sahibkar Əhməd Ünal ilə mübahisə etməyə başlayıb. Söz davası çox keçmir ki, əlbəyaxa davaya çevrilir.
İddiaya görə, bələdiyyə sədri Əhməd Ünalın boğazını iki əliylə sıxaraq market sahibinin başını masaya vurur.
 
Gununsesi.info  milli.az-a istinadən həmin görüntüləri təqdim edir: 
http://www.milliyet.com.tr/Milliyet-Tv//video-izle/Belediye-Baskani–marketcinin-bogazina-sarildi-kkSbnl2guypr.html