Bələdiyyə sədri YAP-dan qovuldu

  • By admin
  • 18 İyun 2016 11:06

Aydın Aslanov

Neftçala bələdiyyəsinin sədri Aydın Aslanov YAP-dan çıxarılıb.

Bu barədə Gununsesi.info saytına Yeni Azərbaycan Partiyası Neftçala Rayon Təşkilatından məlumat verilib.

Məlumata görə, Neftçala bələdiyyəsinin sədri Aydın Aslanovun son vaxtlar partiya üzvlüyü ilə bir araya sığmayan hərəkətləri barədə rayon təşkilatının İdarə heyətinə daxil olmuş müraciət müzakirə edilib və yekdilliklə belə bir qərar qəbul olunub.

Xatırladaq ki, bir neçə gün əvvəl Neftçala Bələdiyyəsinin sədri Aydın Aslanovla Neftçala şəhər Kommunal Təsərrüffat İdarəsinin rəisi Firudin Nağıyev arasında küçədə quraşdırılmış zəncir səddin sökülməsinə görə baş vermiş əlbəyaxanın polisdə araşdırılması barədə məlumat vermişdik. Hazırda adları çəkilən hər iki şəxs xəstəxanada müalicə aldığından baş verənlərə münasibətlərini öyrənə bilmədik.

Qeyd edək ki, Neftçala Bələdiyyəsi üzvlərinin ümumi yığıncağında sədr Aydın Aslanovun səlahiyyəti bələdiyyə üzvü Elvin Nağıyevə həvalə olunub.