Bələdiyyə sədrinin məhkəməsi təxirə salınıb

  • By admin
  • 22 Sentyabr 2016 15:21

 1423748609_mehkeme-2

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə  bələdiyyə sədrini və həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Fədail Hüseynovun cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb. Gununsesi.info-nun xəbərinə görə,  hakim  dövlət ittihamçısının işi ilə əlaqədar məhkəməyə gəlmədiyi üçün prosesin oktyabrın 6-da davam etdiriləcəyini elan edib.

 Qeyd edək ki,  dövlət ittihamçısı təqsirləndirilən şəxslərə bu gün cəza istəyəcəkdi. 

 Xatırladaq  ki, ötən il Abşeron rayonunun Saray bələdiyyəsinin sədri, 1976-cı il təvəllüdü Vəsilə Əbilhəsənova və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Vəfadar Əbilhəsənov evlərində qətlə yetirilib. V. Əbilhəsənov “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-də aparat rəhbəri vəzifəsində çalışıb.

 Hadisəni törədənin 1980-ci il təvəllüdlü Fədail Güloğlan oğlu Hüseynov olduğu məlum olub. Polisin keçirdiyi əməliyyat nəticəsində qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

Gülnaz Qənbərli

Gununsesi.info