Bələdiyyə sədrliyinə namizəd silahlı hücumda öldürüldü

  • By admin
  • 28 Fevral 2024 09:05

Meksikanın Miçoakan ştatında bələdiyyə sədrliyinə namizəd silahlı hücum nəticəsində ölüb.

Gununsesi.info bildirir ki, Meksika mətbuatında yer alan xəbərə görə, ştatın Maravatio şəhərinin bələdiyyə sədrliyinə namizəd Reyes Zavala avtomobili ilə gedərkən hücuma məruz qalıb.

Bədəninin müxtəlif nahiyələri güllələrə tuş gələn Zavala həyatını itirib.

Zavalanın partiyası Milli Yeniləşmə Hərəkatı tərəfindən verilən açıqlamada hücumu pisləyərək, cinayətkarların “dərhal” tutulmasını tələb edib.

Hadisə ilə bağlı genişmiqyaslı araşdırmalara başlanılıb.

2006-cı ildən bəri Meksikada 80-dən çox bələdiyyə sədri mütəşəkkil cinayətkar dəstələr tərəfindən öldürülüb.

 

Gununsesi.info