Bələdiyyələr büdcələri ilə bağlı sakinlərə hesabat verəcəklər

  • By admin
  • 02 Mart 2017 12:48

belediyye

Azərbaycanda bələdiyyələr yerli büdcənin xərclənməsi ilə bağlı mütəmadi olaraq vətəndaşları məlumat verməli olacaqlar.

Gununsesi.info-nun məlumatına görə, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanununa əlavələr layihəsində əksini tapıb.

Layihəyə əsasən, qanunun 13-cü maddəsinə belə bir cümlə əlavə olunur: “Yerli əhalini tanış etmək məqsədi ilə auditin nəticələri onların bələdiyyəyə təqdim etdiyi gündən bir ay müddətinə bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir”.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Gununsesi.info