Bələdiyyələrin birləşdirilməsi Milli Məclisə həvalə olunur

  • By admin
  • 23 Fevral 2024 16:56

Azərbaycanda bələdiyyələrin birləşdirilməsi Milli Məclisə həvalə olunur.

Gununsesi.info xəbər verir ki, bu barədə Milli Məclisə daxil olan “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” qanuna dəyişiklik layihəsində qeyd olunub.

Qeyd edək ki, bu gün Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatı ilə Milli Məclisə bələdiyyələrlə bağlı iki qanun layihəsi daxil olub. Onun sözlərinə görə, layihələr bələdiyyələrin problemlərinin həlli ilə bağlıdır və artıq komitəyə təqdim olunub: “Layihələrdə bələdiyyələrin sayının azaldılması, birləşməsi ilə bağlı məsələ yer alıb… Belə ki, əhali sayı 3 mindən az olan kəndlərin bələdiyyəsi birləşdiriləcək və böyük bələdiyyələr yaradılacaq. Bu da bələdiyyələrin sosial-iqtisadi vəziyyətini yaxşılaşdıracaq”.

 

Gununsesi.info