Post-pandemiya dövrünün başlamasına və bir çox ölkələrdə iqtisadi bərpa prosesinin davam etməsinə baxmayaraq, bu proseslərə paralel olaraq dünya üzrə inflyasiyanın əsaslı artımı müşahidə edilməkdədir ki, bu da dünya əhalisinin rifah halına əsaslı şəkildə təsir edir.
Bu proseslərin Azərbaycan iqtisadiyyatına təsiri bir neçə istiqamət üzrə baş versə də, bu istiqamətlər üzrə ən vacibi sözsüz ki, aqrar sektorda baş verən proseslər olmuşdur.
“Bərəkət” İctimai Birliyi və “Qarabağlı İstehsalat Kooperativi”nin birgə əməkdaşlığı ilə postpandemiya dönəmində “Kooperativin İnkişaf Proqram”ı adlı sənəd hazırlanmışdır.
“Qarabağlı İstehsalat Kooperativi” Salyan rayonunun Qarabağlı, Kolanı, Təzəkənd, Kərimbəyli kəndlərini və ətraf qonşu kəndləri əhatə etməklə ümumilikdə 1000 ha əkin təyinatlı torpaq sahəsini özündə cəmləşdirir. Kooperativ müxtəlif növ məhsulların istehsalı və emalı üzrə ixtisaslaşmışdır. “
Qarabağlı İstehsalat Kooperativi”ndə istehsal olunan məhsulların saxlanması, daşınması, məhsulların brendləşdirilməsi, keyfiyyət sertifikatının alınması və digər tədbirləri əhatə edən “Kooperativin İnkişaf Proqram”ı işlənmişdir.
Həmçinin Kooperativin üzvlərinə brendləşdirmə və İSO keyfiyyət sertifikatının alınması, “PECB Certified ISO 9001 Foundation” sertifikatının mahiyyəti, ISO 900 təməl bazası və Keyfiyyəti İdarəetmə Sisteminin (KİS) həyata keçirilməsi və idarəetmədə vacib elementlərinin, KİS-nin müxtəlif modullarının, KİS siyasəti, prosedurları, rəhbərliyin öhdəlikləri, daxili auditin rolu və KİS-in tətbiqi üzrə nəzəri biliklərin və praktiki bacarıqların öyrədilməsi istiqamətində İctimai Birliyin təlimçiləri tərəfindən maarifləndirici təlimlər təşkil edilmişdir.
Gununsesi.info