Bərdə Məhkəməsinin hakimi haqqında qərar verildi - ELSUN MƏMMƏDOV MƏHKƏMƏYƏ ÇIXARILDI

  • By admin
  • 08 Fevral 2024 12:51
Gununsesi.info-nun məlumatına görə, istintaq orqanı tərəfindən verilən vəsatətə uyğun olaraq, Binəqədi Rayon Məhkəməsi hakim Elsun Məmmədov barəsində polis nəzarətinə verilməsinə dair qətimkan tədbiri seçilib.
Məlumata görə, hakim icraatında olan mülki işdə tərəflərin birindən rüşvət almaqda ittiham edilir.
Binəqədi Rayon Məhkəməsi E.Məmmədovun nüfuzunu, bəlli yaşayış yerinin olmasını və digər əsasları nəzərə alaraq onun haqda həbs qətimkan tədbiri seçməyib.
Qeyd edək ki, adıçəkilən hakimin saxlanılması barədə ilk  xəbəri Gununsesi.info yazıb.
Afət Abbasova