
“Bu gün Bərdədə bir qətliam, bir insanlıq dramı yaşandı. Ermənistan adlı terror yuvası onu 200 il öncə Türk torpaqlarında göbələk kimi bitirən və 200 ildir varlığının təminatçısı olan havadarlarının açıq və gizli dəstəyilə Vətənimizə qarşı misli görünməmiş hərbi cinayətlər törətməkdə davam edir.
Bərdənin dinc sakinlərinə qarşı həyata keçirilən qəddar hərbi cinayət-terror nəticəsində 21 nəfər dinc vətəndaşımız həyatını itirib, 70 nəfər yaralanıb”.
Gununsesi.info bildirir ki, bunu Milli Şuranın üzvü Gültəkin Hacıbəyli özünün sosial şəbəkə hesabında yazıb.
Hacıbəylinin sözlərinə görə, bu vəhşiliyə susanlar, bu insanlıq cinayətinə etiraz etməyənlər də onun icraçılarının suç ortağıdır: “Bərdə qətliamının acısını yalnız Şuşa və Xankəndi üzərində dalğalanan Azərbaycan Türk Bayrağı ovuda bilər!
Müqəddəs torpağımızda uşaq qatillərinə, dinc, köməksiz insanların üstünə bomba yağdıran vəhşilərə, barbarlara yer yoxdur!
Unutmayacağıq və qısasımız çox ağır olacaq!
Gununsesi.info