
Bərdə Bala-Qəcər kənd sakini Etbar Əhmədovşübhəli şəxs kimi saxlanılaraq üzərində 4 kq-a yaxın qurudulmuş marixuana aşkar olunub.
Gününsəsi.info xəbər verir ki, Bərdə rayon Polis İdarəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin üzərinə baxış keçirən zaman əvvəlcə onun gödəkcəsinin cibindən narkotik vasitə çıxıb. Daha sonra Etibar Əhmədovun şəxsi avtomobilinin yük yerindən şəxsi istehlak miqdarından artıq 3 kq dan çox qurudulmuş marixuana tapılıb. İlkin ifadəsi zamanı saxlanılan şəxs həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirib.
Etibar Əhmədovun ifadəsinin nə qədər səmimi olması isə polisin apardığı araşdırmadan sonra məlum olacaq.
Hazırda baş vermiş faktın istintaqı davam edir.
Gününsəsi.info