
Bərdə şəhərində vətəndaşa məxsus 6 otaqlı evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan 6 otaqlı evin 3 otağının yanar konstruksiyaları 60 kv.m sahədə və ev əşyaları qismən yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info