Bərdədə ağır qəzada ölənlər və yaralananların adları bilindi - FOTO

Bərdə rayonunda baş verən ağır qəzada ölən və yaralanan şəxslərin adları məlum olub. 

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə yerində ölənlər və yaralananlar Ağcabədi rayonu Boyat kənd sakinləridir. 

Qəza nəticəsində sürücü – 1979-cu il təvəllüdlü Məmmədov Emin Saday oğlu və 1990-cı il təvəllüdlü Kərimov Elgün Şirin oğlu ölüb.

Yaralanan sərnişinlərdən biri isə 1994-cü il təvəllüdlü Aslanov Şamxal Rövşən oğludur.

08:46

Bərdə rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Soğanverdilər kəndi ərazisində baş verən yol qəzasında iki nəfər ölüb, iki nəfər isə ağır xəsarət alıb.

“VAZ-2107” markalı minik avtomobili idarəetməni itirərək iri gövdəli ağaca dəyib.

Hadisə zamanı maşında dörd nəfər olub. Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralılardan ikisi xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.