Bərdədə avtomobil kanal düşüb

  • By admin
  • 26 Avqust 2017 09:40

masin-asd1

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Bəcirəvan kəndindən keçən hissəsinə VAZ markalı minik avtomobili düşüb.

Gununsesi.info-nun FHN-in saytına istinadən verdiyi məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.

Axtarış aparılır.

Əlavə məlumat veriləcək.

Gununsesi.info