Bərdədə avtomobil yolda yandı

  • By Günel
  • 12 Mart 2025 21:25

Bərdədə yanğınla nəticələnən yol qəzası olub.

Gununsesi.info xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Məlumata görə, “Chevrolet” markalı minik avtomobilinin idarəetməni itirərək ağaca çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib. Yanğın nəticəsində avtomobilin mühərrik hissəsində elektrik avadanlıqları qismən yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info