
Bərdə rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan bir ailənin 4 üzvü saxlanılıb.
Gununsesi.info xəbər verir ki, Bərdə sakini külli miqdarda narkotik vasitəni satarkən tutulub. Rayon polis şöbəsinin əməkdaşları kecirdikləri əməliyyat tədbirləri nəticəsində Bərdə rayon sakini, 30 yaşlı Elgiz Məmmədov qardaşı 24 yaşlı Mənaf Məmmədovla birlikdə rayon sakini Elcin Əliyeva narkotik maddə satarkən iş başında saxlanılıblar. Bundans onra Məmmədovların yaşadıqları evə baxış kecirən polis əməkdaşları saxlanılan şəxslərin ataları, 49 yaşlı Ədilxan Məmmədovun və saxlanılanların daha bir qardaşı, 33 yaşlı Samir Məmmədovun otağından 1 kq 200 qram qurudulmuş marixuana və 16 kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar ediblər.Polisin məlumatına görə, 30 yaşlı Elgiz Məmmədov kirminal nüfuza malik şəxsdir o, el arasında “Qoca” ləqəbi ilə tanınır.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Gununsesi.info