Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan mülki şəhid Təranə (Əsmayə) Davud qızı Zeynalovanın meyitinin qalıqları Bərdə rayonuna gətirilib.
Gununsesi.info-nun məlumatına görə, şəhidin nəşi Bərdə rayonunda ailəsinə təhvil verilib.
Qeyd edək ki, Təranə (Əsmayə) Davud qızı Zeynalova 1970-ci il iyunun 1-də anadan olub. O, 1993-cü il martın 31-də Kəlbəcər rayonunun Qamışlı kəndi istiqamətində (“Tunel” adlanan ərazi) itkin düşüb. T.Zeynalovanın qalıqları Laçın rayonunun Malbəyli kəndindəki məzarlıqda aşkar edilib.
T.Zeynalova Bərdə şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.
Gununsesi.info