Bərdədə dhşətli qətl törədilib. Gununsesi.info xəbər verir ki, hadisə gecə saatlarında rayonun Qaratəpə kəndində qeydə alınıb. Kənd sakinlərinin sözlərinə görə, hadisəni törətməkdə təqsirli bilinən Səbuhi Həsənov gecə saatlarında evə gəlib, içəri pəncərədən daxil olub. Döşəmənin üzərində uzanan həyat yoldaşına əlində gətirdiyi balta ilə zərbə endirib daha sonra isə qadını boğub. Günel Həsənova yerindəcə keçinib.
Hadisə baş verən vaxt ailənin 3 az yaşlı övladı digər otaqda yatılı olublar. Səbuhi Həsənovu polis saxlayıb. Mərhumun meyiti məhkəmə tibbi ekspertizası və pataloji anatomiya birliyinin Bərdə rayon şöbəsinə gətirilib. Meyit müainə olunduqdan sonra yaxınlarına təhvil verilib.
İlkin İfadəsi zamanı Səbuhi Həsənov həyat yoldaşını qısqanclıq zəminində öldürdüyünü deyib. Baş vermiş bu dəhşətli qətl hadisəsi hazırda Bərdə rayon prokrorluğunda araşdırılır.