Bərdədə ev və talvar yanıb

  • By admin
  • 17 Aprel 2017 07:16

neft terminali yangin

Bərdə rayonu, Soğanverdilər kəndində yanğın qeydə alınıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bərdə rayonu, Soğanverdilər kəndində vətəndaşa məxsus ümumi sahəsi 24 m2 olan 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, ona bitişik ümumi sahəsi 18 m2 olan talvarın yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info