Bərdədə məktəbli qız qaçırılıb

  • By admin
  • 05 Fevral 2018 10:04

Bərdə rayonunda 16 yaşlı qız qaçırılıb.

Gununsesi.info report-a istinadən xəbər verir ki, hadisə Lənbəran kəndində baş verib.

Kənd sakini, 2002-ci il təvəllüdlü M. Hacıyeva tanımadığı şəxs tərəfindən qaçırılıb. Onun atası Bərdə Rayon Polis Söbəsinə müraciət edib. Ata qızını qaçıran şəxsdən şikayətçi olduğunu bildirib. O qeyd edib ki, övladı yetkinlik yaşına çatmayıb və məktəblidir.

M.Hacıyevanın atası şikayətini qızının zorla qaçırılması ilə əsaslandırıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tədbirlər görülür.

Gununsesi.info