
Bərdədə sərnişin mikroavtobusunda meyiti tapılan şəxsin kimliyi məlum olub.
Bərdə Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, meyiti tapılan şəxsin Bərdə rayon sakini, 1958-ci il təvəllüdlü Əfəndiyev Habil Sabir oğlu olduğu müəyyənləşib.
H. Əfəndiyevin ölümünə səbəb ürək xəstəliyi olub.
*** 18,36
Bərdə rayonunda sərnişin mikroavtobusunda naməlum kişi meyiti tapılıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, 3 saylı sərnişin mikroavtobusunda meyiti tapılan şəxsin kimliyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info