
Gununsesi.info-nun bu dəqiqələrdə aldığı xəbərə görə, Bərdədə raket hücumundan ölənlərin sayı artıb.
Xəstəxanaya çatdırılan daha bir neçə nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Bununla da raket zərbələrindən həyatını itiran mülki vətəndaşlarımızın sayının 10-na çatdığı deyilir.
Çoxsaylı yaralılar var.
*****
Ermənistan hərbi birləşmələrinin Bərdəyə bu dəqiqələrdə olan raket hücumu nəticəsində 5 mülki şəxs həlak olub.
Gununsesi.info-nun xəbərinə görə, çoxsaylı yaralılar var.
Bu arada Müdafiə Nazirliyi açıqlama yayıb.
Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Bərdə şəhərini “Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutub. Ölən və xəsarət alanlar var, mülki infrastruktura ziyan dəyib.