
Bərdədə qanunsuz ağac kəsənlər saxlanılıb.
Gununsesi.info-nun xəbərinə görə, saat 21: 00 radələrində bir qrup şəxs rayonun Koroğlu küçəsində olan şam və çinar ağaclarını kəsməyə başlayıb.
Sakinlərin Gununsesi.info-ya verdiyi məlumata görə, bu zaman 50 şam ağacı və 3 “Qırmızı kitab”a düşmüş xan çinar ağacı, eləcə də 40-a qədər gül kolu və 15 ədəd digər ağac növləri kəsilib.
Rayon polis şöbəsinin əməkdaşlarının hadisəyə müdaxiləsindən sonra işlər dayandırılıb. Ağacların ərazidən daşınması üçün nəzərdə tutulan kran texnika meydançasına, ağacları kəsən şəxslər isə polis şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info