Bərdədə toy günü faciə: 1 ölü, 3 yaralı

  • By admin
  • 20 Avqust 2017 14:00

tecili_yardim_041
Bərdədə toy karvanında gedən avtomobil yol kənarında su içən toy mərasiminin 4 sakinini vuraraq hadisə yerindən qaçıb.

Report xəbər verir ki, hadisə rayonun Yeni Daşkənd kənd ərazisində baş verib.

Belə ki, 32-BC-306 dövlət qeydiyyat nişanlı, VAZ-2106 markalı avtomobil hərəkətdə olan zaman sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yol kənarında su içən piyadaları vurub.

Hadisə nəticəsində 1962-ci il təvəllüdlü Məmmədova Ağapəri Möhbalı qızı hadisə yerindəcə dünyasını dəyişib. Digər 3 nəfər: – 1993-cü il təvəllüdlü Məmmədov Sərvər Məhəmmədəli oğlu, 1962-ci il təvəllüdlü Səmədova Ayyıldız Sehral qızı və 1955-ci il təvəllüdlü Quliyeva Göyçək Əli qızı ağır bədən xəsarətləri alıblar. Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsini törətmiş sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info