Bərdədə xərçəng xəstəsi olan məcburi köçkün qadın intihar edib

  • By admin
  • 05 Fevral 2017 18:31

intihar

 

Bərdədə 66 yaşlı qadın özünü binadan ataraq intihar edib.

APA-nın xəbərinə görə hadisə rayon ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə baş verib.

Bərdədə bina 2, mənzil 38 ünvanında yaşayan Ağdam rayon Mərzili kəndindən məcburi köçkün 1956-cı il təvəllüdlü Eminova Sahibə Allahverdi qızı özünü yaşadığı binanın 7-ci mərtəbəsindən ataraq intihar edib.

APA-nın Qarabağ bürosunun əldə etdiyi məlumata görə,  S. Eminova xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün çıxış yolunu intiharda görüb.

Faktla bağlı Bərdə rayon Prokurorluğu  araşdırma başlayıb.

 

 

Gununsesi.info