
Bərdə rayonu, Soğanverdilər kəndində yanğın baş verib.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Bərdə rayonu, Soğanverdilər kənd sakininə məxsus, ümumi sahəsi 24 m2 olan 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, ona bitişik ümumi sahəsi 18 m2 olan talvarın yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 19:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gülnaz Qənbərli
Gununsesi.info