Bərdədə yanıb ölən azyaşlı qızın anası da vəfat etdi

  • By admin
  • 16 Yanvar 2018 13:56

Yanvarın 15-də saat 8 radələrində Bərdə rayonunun Güloğlular kəndində rayon sakini Xəyyam Novruzovun evində yanğın baş verib.

Daxili İşlər Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, yanğın söndürüldükdən sonra X.Novruzovun nəvəsi, 5 yaşlı Rüqayənin yanmış meyiti tapılıb. Uşağın xəstəxanaya yerləşdirilmiş anası Zümrüd Novruzova isə orada ölüb.

Araşdırma aparılır.

Gununsesi.info