XƏBƏR LENTİ

22 Avqust 2017

12 Avqust 2017 - 12:42

Bərdədə yük maşını traktorla toqquşub,ÖLƏN VAR

bilesuvar-qeza

Bərdədə yük maşını traktorla toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info verilən məlumata görə, avqustun 11-də saat 13.00 radələrində Bərdə rayonu ərazisində Göygöl rayon sakini Elşad Əkbərov idarə etdiyi “Shacman” markalı avtomobillə qarşıda gedən Yevlax rayon sakini Arzuman Dadaşovun idarə etdiyi “MTZ-80” markalı traktoru vurub.

Nəticədə A.Dadaşovun sərnişini, həmyerlisi Elşad Kərimov hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Gununsesi.info




loading...
Loading...