
Avropada yaşayan jurnalist Həbib Müntəzir Bərdə Rayon İcra Hakimiyyətinin Başçısı Vidadi İsayevin biznesinin siyahısını paylaşıb.
Gununsesi.org icra başçısının ölkənin çoxsaylı rayon və şəhərlərində olan bahalı lüks villalarının, mənzillər, son model marka avtomobillər, mağazalar, balıq vətəgələri, şirkət, imarətlər, MMC, dükan və digər nəhəng biznes səltənətinin siyahısını sizə təqdim edir:


















Jurnalist yazır ki, yuxarıdakı siyahıdakı əmlaklar yalnızca ona bəlli olanlar, bilinənlərdir.
“Vətənə xidmətə görə” ordeni ilə təltif edilən Vidadi İsayevin vəzifə qohumluqları isə aşağıdakı kimidir:
Yoldaşı Sara Kəmaləddin qızı Bünyatova Yevlaxda Arxiv İdarəsinin müdirəsidir.
Oğlu Tural İsayev Yasamal rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində Baş məsləhətçi vəzifəsində işləyir.
Qardaşı Füzuli İsayev Xaçmazın reyestr xidməti rəisidir.
Qudası Fazil Həsənəliyev Baş Prokurorluğda istintaqa nəzarət idarəsinin rəisidir.
Bacanağı Bərdə rayon İcra Hakimiyyətinin təmir-tikinti işlərinə rəhbərlik edən Mahmud İsmayılov Vidadi İsayev Gəncə şəhər icra hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin həyat yoldaşının doğma əmisi oğlu, qaynı gömrük polkovniki Nazim İsayevin qaynatasıdır.
Jurnalist əlavə edir ki, İcra başçısının oğlu Tural bəy bu yaxında prokurorluğun idarə rəisi Fazil Həsənəliyevin qızı Günayla nişanlanıb. Nişan üzüyü 16 min dollara, komplekt isə 24 min dollara alınıb. 20 min dollara yaxın bahalı hədiyyələr, 200 minlik mebel alınıb.