Bərzani-Ərdoğan görüşünün tarixi açıqlandı

  • By admin
  • 23 Fevral 2017 11:44

erdogan

İraq regional kürd rəhbərliyinin başçısı Məsud Bərzani danışıqlar aparmaq üçün bazar günü Türkiyəyə səfər edəcək.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Türkiyə prezidentinin mətbuat xidmətinin rəhbəri İbrahim Qalın mətbuata açqlamasında deyib.

Belə ki, bazar günü günün ikinci yarısında Məsud Bərzani İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

İbrahim Qalın qeyd edib ki, Məsud Bərzaninin Türkiyəyə səfəri zamanı bir sıra məsələlər müzakirə olunacaq: “İraqın bizim üçün həm iqtisadi, həm sərhəd, həm təhlükəsizlik, həm insani, həm də mədəni baxımdan böyük əhəmiyyəti vardır. Bu sahələrdə əməkdaşlığın davam etdirilməsi çox əhəmiyyətlidir. Çünki Məsud Bərzani də həm İŞİD, həm də PKK ilə mübarizə mövzusunda Türkiyə ilə eyni fikirdədi. Bu mövzudakı əlaqələrimizi nə qədər güçləndirsək, bu hər iki ölkə üçün o qədər də faydalı olacaq” -, deyə o, əlavə edib.

Anar
Gununsesi.info