Bərzani ABŞ-la niyə razılaşmamasının səbəbini açıqladı

  • By admin
  • 11 Noyabr 2017 19:42


İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani ABŞ-ın referendumu təxirə salmaq barədə təklifini niyə qəbul etməməsinin səbəbini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, Bərzani Vaşinqtondan gələcəkdə referenduma dəstək üçün zəmanət istədiklərini, ancaq bu dəstəyi ala bilmədikləri üçün təklifi rədd etdiklərini bildirib.

Qeyd edək ki, 25 sentyabrda ABŞ, BMT və İngiltərə ilə birlikdə Bərzaniyə Bağdadla danışıqlar aparmaq barədə təqdimat təqdim edib. Ancaq tərəflər arasında danışıqlar uğurla nəticələnməyib. İraqın Kərkükü geri alması zamanı isə ABŞ dəstək verməməsi İKM-ni geri addım atmaq məcburiyyətində buraxıb.

 

Gununsesi.info