“Bərzani bu addımı ilə odla oynayır” - DÖVLƏT BAXÇALI

  • By admin
  • 25 Sentyabr 2017 16:54
baxçali
Məsud Bərzani bunun ağır cəzasını çəkəcək və bununla da uşaqlıq xəyalının necə kabusa döncəyinin şahidi olacaq”. 
Gununsesi.info “Milliyet”ə istinadən xəbər verir ki, bunu MHP lideri Dövlət Baxçalı kürdlərin referendum ilə bağlı mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, Bərzanin dövlət yaratmaq ideyası elə kağız üzərində qalacaq: “Odur  ki, Bərzani bu addımı ilə odla oynayır. O, bununla da sonu faciə ilə bitəcək bir məcara yolçuluğuna baş vurub”.
Baxçalı əlavə edib ki, Türkiyə başda Kərkük olmaqla tarixi türkmən torpaqları üzərində hər hansı kürd dövlətinin yaradılmasını qəbul etməyəcək: “Bu gün İraqdakı türkmənlərin milli kimlikləri çox ciddi təhlükə altındadır. Bərzani və peşmərgələri tarix boyu türkmənlərin yaşadığı topraqlara göz dikib. Türkiyənin buna razı olmayacağını, türkmənlərə qarşı hər hansı təhdidə, zülmə, basqılara göz yummayacaq və cavabsız buraxmayacağıq. Biz türkmən qardaşlarımızı çətin durumda buraxmayacağıq”.
O əlavə edib ki, əgər bölgədə qarşıdurma yarancaqsa, bundan ən çox ziyan görən kürdlər olacaq.
Baxçalı yaranmış vəziyyətlə bağlı olaraq hakimiyyətə təxirəsalınmaz tədbirlərinin görülməsi təkliflərini görüb. O ilk olaraq hərbi hazırlıq və planlama işlərinin görülməsini, Başikadakı türk hərbçilərin türkmənlərdən ibarət nizami dəstənin yaradılması və onlara hərbi təlimlər keçməsini təklif edib.
O eyni zamanda, Bərzani rejimini tanımadığını, Ərbillə diplomatik əlaqələri kəsməli, Bərzaninin Türkiyədəki təmsilçiliyini ölkədən çıxarmalıdır. Bundan əlavə olaraq Şimali İraqla elektrik, benzin, neft ticari əlaqələr kəsilməlidir. Türkiyədən Ərbilə, Süleymaniyyəyə hava uçuşları dayandırılmalı və Bərzani rejimi ilə əlaqəli bütün münasibətlərə son verilməlidir. 
Son olaraq Baxçalı  bildirib ki, vəziyyət həddindən artıq ciddi olduğundan Türkiyəni təhdidlər və təhlükələr gözləyir: “Bu təhlükələr çox yaxındır. MHP Türkiyənin milli təhlükəsizliyinə ciddi təhdid yarandığından, bu təhlükənin aradan qaldırılmasında hökumətin atacağı addımlarda dövlətin yanında olacaq”.
Mürtəza
Gununsesi.info