Bərzani Yezidin yolu ilə gedir – Baxçalı

  • By admin
  • 30 Sentyabr 2017 18:35

devlet-baxcali
Məsud Bərzani Kərkükü yeni Kərbəlaya çevirmək niyyətindədir.

Gununsesi.info xəbər verir ki, bu sözləri Türkiyənin müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı Tvitter hesabında yazıb.

“Yaxın Şərq bütünlüklə Kərbəla müsibətini törədənlərin varisçilərinə həvalə edilməkdədir. Türkmanların birliyi sünni-şiə separatizminə qurban verilir. Bərzani Yezidin yolu ilə gedə bilər. Bu, öz işidir. Hüseyn yolunun birlik ruhu inanıram ki, buna icazə verməyəcək”, – partiya lideri bildirib.

 

Gununsesi.info