Bəşər Əsəd Ərdoğanla görüşmək istəmədi

  • By admin
  • 03 Dekabr 2022 08:04

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriya lideri Bəşər Əsədlə münasibətləri düzəltməsi və “siyasətdə küsülülük olmur” deməsinə Əsəddən reaksiya gəlib.

Gununsesi.info Reuters  agentliyinə istinadən xəbər verir ki, Bəşər Əsəd Rəcəb Tayyib Ərdoğanla görüşmək istəmədiyini bildirib.

HTML tutorial

Qeyd edək ki, son zamanlar Yaxın Şərq ölkələri ilə münasibətləri düzəltməyə çalışan prezident Ərdoğan ötən həftə “Əsədlə görüş ola bilər, siyasətdə küsmə, küskünlük olmayacaq, sonda addımlarımızı atacağıq” demişdi.

Əsədin Ərdoğanla görüşü barədə kifayət qədər məlumatlı olan üç mənbənin Reuters agentliyinə verdiyi məlumata görə, Suriya lideri Rusiya prezidenti Vladimir Putin və prezident Ərdoğanla görüş təklifini rədd edib.

Mənbələrdən ikisi bildirib ki, Ankaranın 3,6 milyon suriyalı qaçqının bir hissəsini öz ölkələrinə göndərmək istədiyi bir vaxtda belə bir görüş Türkiyədəki seçkilərdə prezident Ərdoğanın əlini gücləndirə bilər.

 

Mənbə “Niyə bir qələbə Ərdoğana təqdim edilməlidir? Seçkiyə qədər heç bir yaxınlaşma olmayacaq” deyən o, Suriyanın xarici işlər nazirləri səviyyəsində görüş təklifini də rədd etdiyini bildirib.

Agentlik tərəfindən danışdırılan bir diplomat, “Konkret bir addım olmadığı təqdirdə Suriya belə bir görüşü mənasız hesab edir və tələb olunan konkret addım türk əsgərlərinin ölkədən çıxarılmasıdır” deyib.

Prezident Ərdoğan bir müddətdir Suriya ilə münasibətləri yaxşılaşdırmaq üçün açıqlamalar versə də, Dəməşqdən heç bir cavab gəlməyib.

Reuters-ə brifinq verən türk mənbə, “Yaxın vaxtlarda Ərdoğanla Əsəd arasında görüş baş tuta bilər. Putin buna hazırlaşır. Bu vəziyyət birdən çox cəbhə ilə məşğul olan Rusiyanın da xeyrinə olacaq”, – deyə o bildirib.

Tərcümə:

Mais