Bəşər Əsəd 11 il sonra BƏƏ-yə səfər etdi

  • By admin
  • 19 Mart 2022 14:48

Suriya Prezidenti Bəşər Əsəd 11 il sonra ilk dəfə Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfər edib.

Gununsesi.info xəbər verir ki, Əsəd səfəri zamanı BƏƏ ilə əlaqələri yenidən gücləndirmək istəyi ilə bağlı danışıqlar aparıb.

Suriya lideri BƏƏ Baş naziri Şeyx Məhəmməd bin Rəşid Əl Məktum və vəliəhd şahzadə Şeyx Məhəmməd bin Zayed ən-Nəhyanla görüşüb.

Liderlər BƏƏ-nin Suriyaya siyasi və humanitar dəstək və iki ölkə arasındakı ticarətin yenidən bərpası ilə bağlı müzakirə aparıblar.

Gununsesi.info