Bəşər Əsəd Astana görüşünün şərtlərindən danışdı

  • By admin
  • 09 Yanvar 2017 13:09
4992744525b7f7f13d941381728127_esed
“Astana görüşünün nəticəsi, müxalifəti kimin təmsil edəcəyindən asılıdır”.
Gununsesi.info xəbər verir ki, bu fikri Suriya rejiminin başçısı Bəşər Əsəd Fransa mətbuatına açıqlamasında deyib.
Onun sözlərinə görə, Suriya məsələsi ilə bağlı Astanada keçiriləcək görüşün nəticəsi, bu danışıqlarda müxalifəti hansı qüvvənin təmsil etməsindən asılı olacaq. “Orada qarşı tərəfdən kim olacaq?! Bu barədə biz məlumatlı deyilik… Orada həqiqi Suriya müxalifəti olacaqmı?  Mən həqiqi müxalifət deyəndə,   əvvəlcədən Suriyada mövcud olan müxalifəti nəzərdə tuturam,daha Səudiyyə Ərəbistanı, Fransa və ya Britaniyanın  dəsətəyi ilə yaradılan və fəaliyyət göstərən müxalifəti demirəm”- deyə, B. Əsəd vurğulayıb.
Bununla belə o, əlavə edib ki, danışıqlardakı  nəticələrin uğurları da məhz  hansı müxalifətin olmasından və onların hansı mövqe sərgiləməsindən asılı olacaq.
 O, həmçinin danışıqlara hazır olduğunubir daha təkrar edib və rəsmi Dəməşqin dialoqa maneçilik yaratmadğımı  dilə gətirib.
 Ynvarın 23-də Astanda  Suriya məsələsi ilə bağlı danışıqların gözlənilir. Bundan sonra fevralın 8-də isə danışıqların Cenevrədə davam etdirilməsi nəzərdə tutulur.
Gununsesi.info