Bəşər Əsəd danışdı: “İstənilən hücum beynəlxalq sülhü təhlükə altında qoyacaq”

  • By admin
  • 12 Aprel 2018 16:54

Suriya rejiminin rəhbəri Bəşər Əsəd son günlərdə ABŞ və Qərb ölkələrinin Dumada kimyəvi silah işlədilməsindən sonra  bu ölkəyə qarşı ciddi tədbirlər görəcəyi ilə bağlı verdiyi bəyanatlara reaksiya verib.

Gununsesi.info-nun məlumatına görə, Bəşər Əsəd Suriya dövlət televiziyasında  çıxışı zamanı deyib ki,  ölkədə qələbələr əldə edildikcə, bəzi  Qərb ölkələri vəziyyəti yenidən başqa səmtə dəyişdirmək üçün hay-küy yaratamqala hərəkətə keçirlər.

“Bu səs-küy  və atılacaq istənilən addım  bölgədə təhlükəsizliyin təmin olunmasına  xidmət etməyəcək, əksinə beynəlxalq sülhü və təhlükəsizliyi təhdid altında qoyacaq”,-deyə Əsəd bildirib.

 

Gununsesi.info