Bəşər Əsəd İrana qaçıb İDDİA

  • By admin
  • 11 Aprel 2018 15:00

Suriya prezidenti Bəşər Əsədin ölkəni tərk etməsi ilə bağlı məlumat yayııb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Qərb ölkələrinin hazırladıqları kütləvi raket zərbələri barədə verilən xəbərlərə görə Bəşər Əsəd  ailəsi ilə birlikdə Tehrana köçürülüb.

BƏƏ-nin “Erem News” agentliyinin məlumatına görə, SEPAH döyüşçüləri gizli olaraq Əsədin, ailəsinin və yaxın ətrafının Dəməşqdən Tehrana köçürülməsini təmin ediblər.

Lakin bu məlumat tezliklə təkzib edilib. Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Aleksey Çepa məlumatı yalanlayıb: “İndiki vəziyyətdə müəyyən qüvvələr yalan xəbərlər yaya bilər. Gəlin, onlara inanmayaq. Suriyada vəziyyət bundan qat-qat ağır olan zaman – ölkənin əksər ərazisi və hətta Dəməşqin bir hissəsi hökumət qüvvələri tərəfindən nəzarətdə olmadığı bir dövrdə belə Bəşər Əsəd heç yerə getməmişdi”.

Gununsesi.info