Suriya prezidenti Bəşər Əsədin komada olduğu iddia edilib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda “Əl-Cəzirə” kanalının dünyaca məşhur müxbiri Faisal al-Qassem “Tvitter” hesabında belə yazıb.
O, bildirib ki, Əsəd infarkt keçirib və vəziyyəti ağırdır.
Məlumatlara əsasən Əsəd xəstəxanada müalicə alır. Hətta, bəzi mənbələrdə Bəşər Əsədin ölüm ayağında olduğu da bildirilir.
Məlumatlar yayılandan sonra B.Əsədin mətbuat xidmətindən bildirilib ki, deyilənlər həqiqətə uyğun deyil.
Bildirilir ki, hazırda Əsədin sağlamlığında heç bir problem yoxdur.
Anar
Gununsesi.info