Fransa məhkəməsi Suriya prezidenti Bəşər Əsədin əmisi Rifat Əsəd haqqında məhkəmə istintaqına başlayıb. Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, B.Əsədin əmisi R. Əsəd 100 milyon avro həcmində çirkli pul yuyulmasında ittiham olunur. R.Əsəd qardaşı Hafiz Əsədin dövründə ordu komandanı olub və 1982-ci ildə Həmadakı qətliam hadisəsində adı hallanan əsas isimlərdən biridir. 1984-cü ildə isə Rifat Əsəd qardaşı hafiz Əsədi devirməyə cəhd göstərib və bundan sonra Suriyanı tərk edib. 77 yaşlı Rifat Əsəd mütəmadi olaraq Paris, London və İspaniyanın Marbella şəhərlərində olub.