Bəşər Əsədin atasının məzarı yandırıldı - FOTO/VİDEO

Suriyada rejimi devirən silahlı müxalifət keçmiş prezident, Bəşər Əsədin atası Hafiz Əsədin Latakiyadakı məzarını yandırıb. 

Gununsesi.info xəbər verir ki, görüntülər telegram qruplarında yayılıb.

Hafiz Əsəd 2000-ci ildə vəfat etmişdir.

Həmin ilin iyununda vəfat edənə qədər o, 30 ilə yaxın Suriya prezidenti vəzifəsində çalışıb. Oğlu Bəşər Əsəd isə 2000-ci il iyulun 17-də Suriya prezidenti olub.

 

Şəbnəm

Gununsesi.info