Bəşər Əsədin evində xaos: Vətəndaşlar və silahlılar binaya daxil oldu

  • By Günel
  • 08 Dekabr 2024 13:08
bəşər əsəd

Dəməşqdə Suriyanın hazırkı Prezidenti Bəşər Əsədin iqamətgahına vətəndaşlar və silahlı dəstələr daxil olub.

Gununsesi.info xəbər verir ki, Teleqram kanalında yayılan məlumatlarda bildirilir ki, binada qiymətli əşyalar, pul və zinət əşyaları tapılmayıb.

İddialara görə, bu əşyalar əvvəlcədən Moskva və ya Tehran istiqamətinə çıxarılıb. Hadisə bölgədə vəziyyətin gərgin olduğunu bir daha nümayiş etdirir.

Gununsesi.info