Bəşəriyyət təbiətdən aldığını geri qaytarır - MARAQLI LAYİHƏ

  • By admin
  • 30 İyun 2017 14:06

1029054452

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Çin 2020-ci ilə qədər davam etməsi planlaşdırılan yeni layihə həyata keçirəcəyini açıqlayıb. Bu məqsədlə dövlət büdcəsindən 361 milyard dollar maliyyə vəsaiti ayrılıb.

Bəşəriyyət təbiətin ona bəxş etdiyi yaşıllıqları layihə çərçivəsində “geri qaytarır”. Belə ki, Çində 40 min ağacdan ibarət “meşəlik şəhər” proyekti həyata keçirilir. Layihənin həyata keçirilməsi nəticəsində həm təbii enerji ehtiyatı təmin olunacaq, həm də ölkənin əsas problemlərindən olan havasının oksigenlə zənginləşdirilməsi təmin olunacaq.

Çinin cənub-şərqində yerləşən Guanqşi bölgəsində salınması planlaşdırılan şəhərin proyekti italyan memar Stefano Boeri tərəfindən hazırlanıb.

Şəhər bütünlüklə meşəlikdən ibarət olacaq. Hətta binaların üstü də ağaclarla örtüləcək.

1029054111

 

1029054452

 

cin-yapay-orman-kent-insa-edecek-595449250086c

 

orman-kent-2

 

Orman-kent-Çin-847x477

Gununsesi.info