Bəşəriyyətin ən şeytani 5 qadını - ŞOK FAKTLAR

  • By admin
  • 05 Avqust 2021 12:33

Gununsesi.info Teleqraf.com-a istinadən bəşəriyyətin ən qəddar, ən şeytani 5 qadınını təqdim edir.

5. Bell Qanness 1859-cu ildə Norveçin Selbu şəhərində anadan olub.

20-ci əsrin əvvəllərində Norveçdən ABŞ-a mühacirət edərək fermada yaşayan Bell Qanness 1.83 metr boyu, 91 kiloqram çəkisi ilə güclü bir qadın idi. Tükənməz pul ehtirası və kəskin zəkası ilə həmcinslərindən seçilirdi.

Rəsmi mənbələrə görə, o, ən azı 25 nəfəri öldürüb, onlardan 3-ü onun öz övladıdır. Bəzi iddialara görə, qətlə yetirdiyi şəxslərin sayı 100-ü keçib.

Belle Qanness bir dəfə ailə qurmaq üçün qəzetdə elan verir. Elanda tək yaşayan mühacir olduğunu, ər axtardığını və ən zəngin kişi ilə evlənəcəyini qeyd edir. Şübhə doğurmamaq üçün bir müddət keçməsini gözləyən şeytani qadın zamanın yetişdiyini düşünərək şanssız ərlərini öldürməyə başlayır.

O, ərlərini bəzən parazit dərmanı ilə öldürür, bəzən isə başlarına sərt əşyayla zərbə vuraraq qətlə yetirir, fermanın kənarında basdırırdı. Nəticədə öldürdüyü ərlərinin pulları özünə qalır və hər evləndiyi zaman bir az da varlanırdı. Sonuncu ərini öldürdükdən sonra yaşadığı fermada yanğın baş verir. Bu hadisədən sonra Bel Qannessi heç kim görmür.

Öldürdüyü kişilərdən xeyli pul toplayıb, şübhələrdən yayınmaq üçün fermanı yandırdığı, pulları götürərək qaçdığı haqda şayiələr yayılır. 40-dan çox kişi ilə evləndikdən sonra mirasla və ya digər qanuni yollarla əldə etdiyi varidatı bu günkü məzənnə ilə 8 milyard dollardan çox olur.

Ehtimal olunur ki, 1908-ci ildə güllələnərək öldürülüb.

4. Ketrin Nayt 1955-ci ildə Avstraliyada anadan olub.

Bir neçə dəfə ailə quran və hər dəfə ərinə işgəncə verən Ketrin Nayt şərti olaraq ömürlük həbs cəzasına məhkum edilmiş ilk avstraliyalı qadındır. 11 yaşına qədər ailə üzvlərinin təcavüzünə məruz qalıb. 14 yaşında özünə ən yaxın hesab etdiyi əmisinin intiharı ona böyük mənəvi zərbə olur. Bu hadisədən sonra əmisinin ruhunun daim yanına gəldiyini iddia edir.

Bir neçə il sonra isə sevdiyi qəssablığa başlayır. Ketrin iş başında əti şiddətlə hissələrə ayırmaqdan və bıçaqla oynamaqdan həzz aldığını deyirdi. O qədər qəzəbli idi ki, hətta sevgi belə onun şiddətli aqressiyasının qarşısını ala bilmədi.

Ketrin toy gecəsində Devid Kelletti adlı ərini boğmağa çalışır. Bir müddət sonra Devid evə gec gəldiyi üçün başının arxasına tava ilə vurur. Zərbənin gücü ərinin kəllə sümüyünün sınması ilə nəticələnir.

Deviddən ayrılan Ketrin Saunders adlı başqa bir kişiyə aşiq olur. Əgər bir gün Saunders onu tərk edərsə, necə cəzalandıracağını göstərmək üçün adamın gözləri qarşısında 8 həftəlik itinin boğazını kəsərək öldürür. Münasibətləri başladıqdan bir müddət sonra dəli olmağa başlayan Ketrin ərinin çənəsini dəmirlə qırıb, sinəsini bıçaqlayaraq onu tərk edir.

Ketrin bir müddət sonra başqa kişi ilə münasibətə başlayır. Bir oğlu doğulduqdan sonra sevgilisindən ayrılır və Con Prays adlı dördüncü kişi ilə münasibətə başlayır.

Con Prays cəmiyyətdə nüfuz sahibi olan 3 uşaq atası idi. Ketrinlə evləndikdən sonra peşman olub boşanmaq istəyir. 29 fevral 2000-ci ildə uşaqlar evdə olmayanda Con məsələni Ketrinlə müzakirə edir. Ketrin qəssab bıçağı ilə ərini öldürür. Tibbi ekspertiza nəticəsində onun bədənində 37 bıçaq zərbəsi aşkarlanır.

Lakin dəhşət hələ yeni başlamışdı. Ketrin ərini öldürdükdən sonra dərisini soyub çəngələ taxaraq aksessuar kimi qonaq otağında qapıdan asır. Daha sonra cəsədi parçalayıb, başını bir qazanda qaynatmağa başlayır. Kişinin baldırlarından kəsdiyi əti isə sobada bişirir. Əti tərəvəzlə bişirdikdən sonra uşaqlar evə gələndə onlara yedirtməyə çalışır.

3. Eylin Urnos 1956-cı ildə Miçiqanda anadan olub.

Dünyanın ən usta qadın qatillərindən olan Eylin eyni zamanda homoseksualmış. Eylin kiçik yaşda olanda atası uşaq təcavüzündə şübhəli bilindiyi üçün intihar edir. Anası isə Eylini hələ 6 aylıq olanda nənə babasına verib qaçır.

Eylin 13 yaşı olanda təcavüzə məruz qalır və qeyri-qanuni uşaq dünyaya gətirir. Bu səbəbdən babası ondan imtina edir, onu küçəyə atır. Həyatda qalmaq üçün atılmış bir maşında yaşayan Eylin fahişəliklə məşğul olur. Qorxunc uşaqlıq dövrü yaşadığına görə insanlara nifrət edir.

20 yaşı olanda 70 yaşlı kişi ilə evlənir. Bir ay sonra əsəbləşdiyi üçün ərini çəlliklə döyür, əri də onu küçəyə atır. Münasibətdə olduğu bəzi kişiləri vəhşicəsinə öldürüb, meyitlərini meşədə basdırır. 1986-cı ildə həyatının sevgisi hesab etdiyi Selbi Vall adlı lezbiyenla tanış olur. 4 il birlikdə yaşayırlar. Lakin törətdiyi cinayətlərə görə Eylin həbs olunduqdan sonra ən böyük zərbəni əleyhinə şahidlik edən sevgilisindən alır.

Eylin 7 nəfəri qətlə yetirsə də, iki nəfərin meyiti heç yerdə tapılmır. Beləliklə 5 nəfəri qətlə yetirdiyi üçün edam etdirilir. 2002-ci ildə edamdan əvvəl isə son sözləri bu olur: “Etdiyim hər şeyin arxasında qorxunc qəzəb dayanır. Edam olunmalıyam. Əks halda, həbsdən çıxsam yenə cinayət törədəcəm”.

2. Elizabet Batori 1560-cı ildə Macarıstanda dünyaya gəlib.

Tarixdə qadın qatil kimi tanınan Elizabet cadugərliyə marağı ilə də seçilib. Qocalıb gözəlliyini itirəcəyi qorxusu ilə yaşayan Elizabet bədəninə vurduğu qanın onu gözəl saxlayacağını düşünürdü.

600-ə qədər bakirə qızı qaçırıb işgəncə verərək öldürür. Daha sonra əbədi gənc qalmaq üçün onların qanını içir, asılaraq öldürülən qızların qanında çimirdi.

Xalqın etirazı ilə xəstə ruhlu Elizabet evində təcrid edilir və 1614-cü ildə təkbaşına ölür.

1. Delfin Lalori. Əslən ispan olan bu qadın 1775-ci ildə doğulub.

Zəngin bir zadəgan gözəli olan Delfin göründüyünün əksinə, sadist idi. Bəziləri onu mələk üzlü şeytan kimi təqdim edirdilər. Ağlasılmaz fantaziyları üçün tikdirdiyi malikanəsində onlarla kölə saxlayırdı. Yaşadığı ev insanlar tərəfindən illərlə dəhşət binası adlandırılıb.

10 aprel 1834-cü ildə malikanənin mətbəxində baş vermiş yanğını söndürməyə gələnlər 70 yaşlı zənci köləni yanan sobaya zəncirlənmiş halda tapırlar. Yaşlı qadın evin üçüncü mərtəbəsində gizli şeylər olduğunu dedikdə yanğınsöndürənlər qarşılaşdıqları zəncirli qapı arxasından inilti səsləri eşidirlər.

Qapını qırdıqda cəsəd və leş qoxusu içində divara və yerə zəncirlənmiş insan bədənləri ilə qarşılaşırlar. Kimisi yaşayır, kimisi ölmüş, kimisi qan içində can verirdi. Bir nəfərdən isə qəribə cinsiyyət dəyişimi təcrübələrində istifadə olunmuşdu. Bir qadının ayaqları və qolları qırılaraq xərçəngə bənzədilməyə çalışılmışdı.

Başqa bir qadının bədəni isə tırtıl kimi müxtəlif nöqtələrdən dilimlənmişdi. Delfin qaçırdığı insanların ağızlarını tikərək onları aclıqdan öldürür, bəzilərinin dərisini soyurdu. İşgəncəyə məruz qalmış bu insanlar arasından xilas edilənlər olsa da, onlar həkimlərə öldürülmələri üçün yalvarırdılar…

Ölüm səbəbi naməlum olsa da, Fransa mənbələrinə görə, Delfin Lalori 1849-cu ildə dünyasını dəyişib.

Gununsesi.info