Bəxtiyar Ədalətin nəşi Bakıya yola salınıb

  • By admin
  • 29 Avqust 2016 18:18

genc

Şah İsmayıl Xətai adına Azərbaycan Demokratik Partiyasının Sədri Babək Ədalətlinn kiçik oğlu Bəxtiyar Ədalətli avqustun 23-də Almaniyada yaşadığı şəhərdəki göldə istirahət edərkən axşam saatlarında  batıb.

Bu haqda Gununsesi.info-ya hazırda Almaniyada mühacir həyatı yaşayan Yeganə Əmiraslan məlumat verib. Onun sözlərinə görə, Bəxtiyar boğularkən kömək istəsə də, yaxınlıqdakı insanlar onun harayına çatanadək artıq boğulub: “Ehtimal edilir ki, göldə üzərkən Bəxtiyarın ayağında sudruğa başlayıb. 1 həftədir ki, onun cəzasini göndərmək üçün burada gözləyirdik. Cənazənin Azərbaycana göndərilməsinin ləngiməsi Almaniyada meyid üzərində aparılan tibbi prosedurla bağlıydı. Bu proses nə Almaniyada yaşayan azərbaycanlıların, nə də Azərbaycanın Almaniyadakı səfirliyinin və konsulluğunun günahı və laqeyidliyi ucbatından ləngiməyib. Bəxtiyarın nəşinin vətənə göndərilməsi üçün nə səfirliyə, nə də konsulluğa ehtiyac qalmadıı. Onu el yola saldı. Maddi vəsait toplandı. Bu gün Babəkin xalası Təranə xanım, yaxın dostu Tanya xanımla birlikdə meyidin nəzərdən keçirilməsində iştirak etdik. Babəkin nəşinə göstərdiyi diqqətə görə, biz Almaniya hökümətinə öz təşəkkürümüzü bildiririk. Baxmayaraq ki, o bir həftə əvvəl boğulub, həyatını ititirib,  amma onu elə saxlamışdılar ki, sanki yatmışdı.  Burada Babəkin anası yox idi, çalışdıq ki, azacıq da olsa, anasını əvəz edək.  Allah heç anaya, heç Allah bəndəsinə belə acı yaşatmasın. Əlimizdən bu qədəri gəldi.  Azərbaycanın Almaniyadakı səfirliyi və konsulluğu daima Babəkin cənazəsini göndərmək üçün  hazırlama və nəql etmə şirkətiylə əlaqə saxlayır, durumla maraqlanır və diqqətdə saxlayırdı.  Qeyd edim ki, Babək dünyasını dəyişəndən sonra konsul  Elşad Məcidov lazım olan bütün sənədləşmə işinə yardım edəcəyinə söz vermişdi.  Hətta maddi baxımdan problem olarsa, konsulluğa müraciət olunmasını da xatırlatmışdı. Lakin buna ehtiyac olmadığından Babəki şəxsi təşəbbüsümüzlə yola saldıq.  Hal-hazırda (Bakı vaxtı ilə saat 17:45-də) Frankfurt Hava Limanında cənazənin Bakıya göndərilməsi üçün təhvil verdik”-, deyə o bildirib.

Qeyd edək ki, bu günlərdə sosial şəbəkədə Almaniyada yaşayan azərbaycanlı gəncin göldə boğularaq, ölməsi barədə xəbər yayılıb. Olaydan bir neçə gün keçməsinə baxmayaraq, hələ də Bəxtiyar Ədalətlinin cənazəsini ölkəyə gətirməyin mümkün olmadığı deyilirdi.

Gununsesi.info-nun araşdırması zamanı bəlli olub ki, həmin gənc keçmiş Siyasi Məhbus (2013-2015), dur.

Mərhumun ailəsində olub, onları dinləməyə çalışdıq, Bir neçə gündür ki, gözləri qapıda qalan ailə övladlarının cənazəsinin nə zaman gətiriləcəyini gözləyirdi.

Xatırladaq ki, Azərbaycanda ağır vərəm xəstəliyindən əziyyət çəkən Bəxtiyar atasının həbsindən sonra Almaniyaya mühacirət edib. Orada müalicə alan Bəxtiyara qoyulan diaqnozda onun qəsddən vərəmə yoluxması bəlli olub. Buna baxmayaraq, Almaniyada sağlığına qovuşan Bəxtiyar bir neçə gün öncə faciəvi şəkildə dünyasını dəyişib.

Gülnaz Qənbərli

Gununsesi.info