Hazırda həbs olan tanınmış siyasi fəal Bəxtiyar Hacıyevə yeni ittiham verilib.
Bu barədə Gununsesi.info-ya onun müdafiəçiləri bildirib.
Onların sözlərinə görə, Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsi ilə ittiham olunub.
Qeyd edək ki, Bəxtiyar Hacıyev ittihamları rədd edir.
Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlar, o cümlədən dünyanın nüfuzlu insan haqları qurumları hökumətdən Bəxtiyar Hacıyevi dərhal azad etməyi tələb edib.
Gununsesi.info