
Bu gün Yasamal rayon məhkəməsində yol polisi ilə mübahisə etməklə xırda xuliqanlıqda ittiham edilən gənc fəal Bəxtiyar Hacıyevin prosesi üzrə qərar elan olunub.
Gununsesi.info-nun verdiyi xəbərə görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda B.Hacıyev 100 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, B.Hacıyev İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham olunub.
Gununsesi.info