Bəxtiyar Hacıyev aclıq aksiyasına başlayıb

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin oktyabrın 2-dən aclıq aksiyasına başladığı bildirilir.
Gununsesi.info xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat verib. Onun sözlərinə görə, B.Hacıyev aclığa həbs-qətimkan tədbirinin qanunsuz uzadılmasına etiraz olaraq başladığını deyib.
Bu gün, oktyabrın 6-da Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin həmin qərarını qüvvədə saxlayıb.
Eyni zamanda Elçin Sadıqov bildirib ki, Bəxtiyar Hacıyev həbsxanada ona içgəncəyə məruz qaldığını deyib:
Onun qol və barmaqlarında qançır izlərinin olduğunu və məhkəmə zalına məcburi şəkildə gətirildiyini qeyd edib.
Penitensiar Xidmətdən bu iddiaya münasibət öyrənmək mümkün olmayıb.
Şəbnəm
Gununsesi.info