Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinə mühakimə olunan siyasi fəal Bəxtiyar Hacıyev cinayət işində adı keçən bir qrup polis əməkdaşının dinrilməsi üçün vəsatət verib.
Gununsesi.info-nun xəbərinə görə, vəsaətətində Bəxtiyar Hacıyev şahid ifadələrindəki ziddiyyətləri araşdırılması üçün bu vəsatəti verib.
Hacıyev məhkəməyə ünvanladığı vəsatətində yazır:
İcraatınızdan olan cinayət işinin materialları, şahid ifadələri arasındakı ziddiyyətlərin aydınlaşdırılması üçün aşağıdakı şəxslərin (ibtidai istintaq zamanı şahid qismində dindirilmiş) məhkəməyə dəvət edilərək dindirilməsini xahiş edirəm :
1. Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı Faiq Süleymanov.
2. Yasamal RPİ-nin müstəntiqi Pünhan Əbilov.
3. Həkim və ekspertlər- Cahangir İsmayılov və İradə Hüseynova. 4. Tərcüməçi kimi cəlb edilmiş Kamil Sarıyev.
5. BŞBPİ-nin baş müstəntiqi Samir İsmayılov.
Eyni zamanda məhkəmə istintaqının süni surətdə uzadılmamasının təmin edilməsi üçün aşağıdakı şəxslər istisna olmaqla digər ibtidai istintaqa verdikləri ifadələrin elan olunmuş sayılmasını xahiş edirəm: 1.Əlizadə Emin
2. Kərimov Fuad
3. Novruzova Aynur
4. Nuriyeva Humay
5. Əliyeva Jalə
6. Nəzəroğlu Cəlalə
7. Tahirova Aytən
8. Tağıyev Ruhiyyə
Gununsesi.info